Bakıda 9 yaşlı uşaq vəfat edib
30 Noyabr 2023 13:13 HadisəRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.
Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.
Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31