Ötən gün 5 avtomat 18 ədəd isə ov tüfəngi vətəndaşlardan təhvil götürülüb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, noyabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 6 patron darağı, 2120 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 18 ədəd patron aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31