Xaçmazda polis sənədsiz silah-sursat aşkar edib
30 Noyabr 2023 09:12 HadisəXaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində keçirilən profilaktiki tədbirlər müsbət nəticələnir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Olaylar.az-a verilən məlumata görə, qeyd olunan tədbirlərlə qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilir. Gün ərzində polis əməkdaşları tərəfindən 4 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa, polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd "Toz-8" markalı yivli silah, 4 ədəd patron darağı və 150 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31