Bakı metrosunda sərnişin vəfat edib
29 Noyabr 2023 14:58 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat yayıb.
Məlumata görə, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.
Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31