Ağcabədidə odlu silahlar götürülüb
29 Noyabr 2023 10:22 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ağcabədidə odlu silahlar götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri tədbirlər nəticəsində rayon ərazisindən 1 ədəd yivli silah tapılaraq müvafiq qaydada götürülüb.
Bundan əlavə qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsinin təmin olunması istiqamətində də profilaktiki tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən daha 2 müxtəlif kalibrli odlu silah da təhvil götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31