Ötən gün təhvil verilən silah-sursatın sayı açıqlanıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 ədəd tapança, 4 qumbara, 2 ədəd alışdırıcı, 4 patron darağı, 94 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 4 tüfəng, 1 ədəd patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31