Bakıda sərnişin avtobusları toqquşdu
28 Noyabr 2023 15:08 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda sərnişin avtobusları toqquşub.
Olaylar.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə Azadlıq prospektində baş verib. Belə ki, 88 saylı marşrut üzrə hərəkət edən "BakuBus", 85 saylı marşrut üzrə hərəkət edən "Faiqoğlu" MMC-yə məxsus bir başqa sərnişin avtobusu ilə toqquşub.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31