Çörəyin içindən yara bandı çıxdı: “Artıq neçənci dəfədir ki...”

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Beyləqan rayonundakı mağazaların birindən alınmış çörəyin içindən yara bandı çıxıb.

Bu barədə sosial şəbəkədə paylaşım edilib. Sosial şəbəkələrdə yayılan videoda şikayətçi bunları qeyd edib:

"Neçənci dəfədir, çörək aldığımız zaman içindən yad cisimlər çıxır - saç, tük, kağız və.s. İndi də yara bandı çıxıb. Bu iyrəncliyə son verilsin".

Olaylar.az xəbər verir ki. məsələ ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, sözügedən çörəkdə fiziki çirklənmə baş verib:

"Fiziki çirklənmə halları çox vaxt təlimsiz və məsuliyyətsiz işçi heyəti tərəfindən reallaşır. Təlimsiz olan işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Maraqlıdır ki, 21-ci əsrdə Azərbaycanda istehsalatda çalışanlar faydalı təlimlərdən kənarda qalırlar. Çünki sahibkarlar çox maliyyə sərf etmədən ancaq öz ciblərini doldurmaq istəyirlər".

Müsahibimiz bildirib ki, belə hallarda qida zəhərlənmələri qaçılmaz olur: "Burada risk qrupuna xüsusilə uşaqlar, hamilələr və yaşlılar daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31