Rusiyada yıxıldı, Azərbaycanda öldü - Sumqayıtda FİLM KİMİ OLAY
1 Sentyabr 2023 14:29 HadisəRusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.
Olaylar.az lent.az-a istinadən bildirir ki, Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yaşayan, 1970-ci il təvəllüdlü Ziya Əlipənah oğlu Yusifov birmüddət əvvəl Rusiyada yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Bir neçə gün əvvəl Azərbaycana qayıdan Z.Yusifov Sumqayıtda ailəsinin yaşadığı evdə ölüb. Onun Rusiyada yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31