Goranboyda iki uşaq anası özünü öldürdü
1 Sentyabr 2023 10:05 HadisəGoranboyda Kəlbəcər sakini intihar edib.
Olaylar.az Redaktor.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü İsmayılova Arifə İmamverdi qızı rayonunun Börü kəndindəki fərdi yaşayış evinin həyətindəki tövlənin tavanından təsərrüfat təyinatlı kəndirlə özünü asaraq intihara cəhd edib.
Hadisəyə anası Məleykə Həsənova müdaxilə edib.
O, məişətdə istifadə edilən bıçaqla kəndiri kəsərək A.İsmayılovanı Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, A.İsmayılova ölüb.
Mərhumun iki övladı var idi.
Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31