Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb

Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə bu gün Yasamal rayonu, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, qadın tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaq xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Cinayət əməlini törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31