Bakıda mebel sexində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Olaylar.az xəbər verir ki,  bu barədə FHN-dən məlumat verilib.

***

19:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda mebel sexində yanğın olması barədə ilkin məlumat daxil olub.

Olaylar.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31