Cəbrayılda minatəmizləmə işləri zamanı partlayış olub, bir nəfər xəsarət alıb

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31