Qaxda 36 yaşlı kişini ilan sancdı
24 Avqust 2023 16:00 HadisəQaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.
Olaylar.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Nəbi Abdullayev bağda fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. 36 yaşlı N. Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub.
N. Abdullayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31