Azərbaycanda baş verən güclü zəlzələ anından GÖRÜNTÜLƏR - VIDEO
23 Avqust 2023 10:12 HadisəYerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.
Olaylar.az BAKU.WS-ə istinadən zəlzələ anında qeydə alınan görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31