Lerikdə qanunsuz kömür quyusu aşkarlandı - FOTO
19 Avqust 2023 23:50 HadisəLerikdə qanunsuz kömür quyusu aşkarlanıb.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz ağac kömürü istehsal edilən kömür quyusunu aşkar ediblər.
Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyənləşdirilib.
Faktla bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31