Ana həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO
18 Avqust 2023 20:37 HadisəBakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Taleh Elçin oğlu Rüstəmova anası Mehparə Əlimuxtar qızı Rüstəmova tərəfindən gətirilmiş sovqatda olan şalvarın cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,201 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31