Beyləqanda meşə massivində yanğın olub

Beyləqanda meşə massivində yanğın olub.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beyləqan rayonu, İkinci Aşıqlı kəndi yaxınlığında meşə massivində 0,5 ha sahədə kol-kos və qismən ağaclar yanıb.

Meşə massivinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31