Xızıda 2 nəfərin un dəyirmanında ölmə səbəbi bilindi - VİDEO

Xızıda un dəyirmanında 2 nəfər ölüb.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, araşdırma zamanı həmin müəssisədə iş görərkən 49 yaşlı Cavid Qocayev və  42 yaşlı Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 38 yaşlı Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31