Hövsanda dənizə yaxın ərazi yanır
14 Avqust 2023 16:00 HadisəFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31