Quba-Qusar yolunda baş verən avtobus qəzasının TƏFƏRRÜATI - VİDEO

Səhər saatlarında Qusardan Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki,Qubanın Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub. 4-ü azyaşlı olmaqla 19 nəfər Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

"Xəstəxanadan verilən məlumata görə yaralıların hamısı evə buraxılıb".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31