Nişanlı oğlan öz toyunu yasa çevirdi - Daşkəsəndə ŞOK OLAY
12 Avqust 2023 12:54 HadisəDaşkəsən rayonunda intihar hadisəsi baş verib.
Olaylar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Çovdar kəndində qeydə alınıb.
Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb.
Onun meyiti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, S.Süleymanov nişanlı olub, onun yaxın günlərdə toyu olacaqmış.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31