Bakıda 27 yaşlı oğlan faciəvi şəkildə öldü
11 Avqust 2023 10:26 HadisəBakıda 27 yaşlı gənc faciəli şəkildə ölüb. Bu barədə Olaylar.az-a Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılıb.
Onun hadisə nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31