Xaçmazda maşın aşıb, ölən və xəsarət alan var - FOTO

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az   bildirir ki, hadisə rayonun Şimali kəndi ərazisində qeydə alınıb.

"Vaz 2107" markalı nəqliyyat vasitəsi idarəetmə itirərək aşıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

  •  
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31