Bakıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31