Ağsu dolaylarında turistləri daşıyan avtobus qəzaya uğradı - FOTO

Bu gün günorta saatlarında Ağsu dolaylarında qəza baş verib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, içərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman yolun hərəkət hissəsindən çıxan avtobus yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım avtomobili gələrək yaralılara yardım göstərilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31