Azərbaycanda şok hadisə: Kişi qazdığı qəbirə düşüb öldü
8 Avqust 2023 11:50 HadisəAğsu rayonunda başqasına qəbir qazan kişi qazdığı qəbirə yıxılaraq ölüb.
Olaylar.az Lent.az-a istinadən məlumat verir ki, hadisə ötən gün baş verib.
Ağsu rayonunda yerləşən məzarlıqda qəbirqazan işləyən 54 yaşlı Səməndər Oktay oğlu Şirəliyev qazdığı məzara yıxılaraq ölüb.
İlkin məlumata görə, S.Şirəliyev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31