Polis əməkdaşı yol qəzasında ağır yaralandı
8 Avqust 2023 10:28 HadisəXızı rayonunda polis əməkdaşı yol qəzasında ağır yaralanıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Məmməd Rafael oğlu Kərimov ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım avtomobilinin yarıdımı ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31