20 gün əvvəl toyu olan qadın niyə intihar edib?
5 Avqust 2023 19:27 HadisəÖtən gün Qazax rayonunda intihar edən qadınla bağlı bəzi məlumatlar bəlli olub.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Aytən Mehdiyevanın 20 gün əvvəl toyu olubmuş.
A.Mehdiyevanın məcburi şəkildə ərə verildiyi üçün bu addımı atdığı bildirilir.
Qeyd edək ki, 22 yaşlı qadın ötən gün rayonun Aşağı Salahlı kəndində yaşadığı evdə özünü asıb.
Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31