İldırım vurdu, komaya düşdü - Cəlilabadda ŞOK OLAY

Cəlilabadda bədbəxt hadisə baş verib.

Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31