Sumqayıtda şadlıq evində yanğın olub - YENİLƏNİB

Sumqayıt şəhərində yerləşən "Green House" şadlıq evində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğın tam söndürülüb.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31