Nabranda istirahət mərkəzində yanğın olub
3 Avqust 2023 10:19 HadisəXaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.
Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və camaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31