Bakıda qatarla maşın toqquşdu, ölən və yaralanan var
3 Avqust 2023 10:19 HadisəBakının Xəzər rayonunda ağır yol qəzası baş verib.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb. Belə ki, Rəfiyev Şəmistan Zəkəriyya oğlu taksi kimi fəliyyət göstərdiyi avtomobillə nizamlanan dəmiryol keçidindən keçərkən teplavozla toqquşub.
Nəticədə sürücü ağır xəsarət alıb.
Avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Əşrəfova Aytəkin Sahib qızı qəza nəticəsində aldığı xəsarətlərdən ölüb.
Hazırda fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31