Buzovnada KÜTLƏVi DAVA: Ana və 2 oğlu döyüldü

Bakıda kütləvi dava olub.

Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Bir qrup şəxs arasında düşən davada ana və 2 oğlu döyülüb. Döyülənlər Mərziyə Baxşıyeva və onun övladları 20 yaşlı Toğrul, 27 yaşlı Sərdardır.  

Hadisə barədə polisə məlumat verilib.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31