Ağsuda 20 yaşlı oğlan su anbarında batdı

Ağsu rayonunda 20 yaşlı oğlan su anbarında batıb.

Olaylar.az report-a istinadən xəbər verir ki,hadisə Cavanşir su anbarında baş verib.

Belə ki, rayonun Navahı kənd sakini, 2003-cü il təvəllüdlü Əliyev Qənbər Niyaməddin oğlu suda boğulub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31