Ötən həftə atasını itirən aktyor evində ölü tapıldı

Amerikanın HBO kanalının Euphoria serialında "Fez" obrazını canlandıran aktyor Anqus Kloud dünyasını dəyişib.

Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, ailəsinin verdiyi açıqlamaya görə, bir həftə əvvəl atasını itirən aktyor psixi problemlər yaşayırdı.

Hadisədən sarsılan Anqus təkliyə qapılmışdı.

Evində cansız bədəni tapılan aktyorun ölüm səbəbi hələ ki açıqlanmır.

Qeyd edək ki, Anqus Kloud 10 iyul 1998-ci ildə ABŞ-də anadan olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31