Zibil daşıyan maşın “Range Rover”lə toqquşub aşdı: Fəhlə öldü - VİDEO

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Zibil daşıyan maşın "Range Rover"lə toqquşub və sonra idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı maşında olan fəhlə, 1983-cü il təvəllüdlü Elman Bəybala oğlu Həzrətquliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31