Xırdalanda körpüdə intihar cəhdinin qarşısı alındı - YENİLƏNİB
31 İyul 2023 11:19 HadisəFövqəladə Hallar Nazirliyinin əməkdaşları Xırdalanda intihar cəhdinin qarşısını alıblar.
Qurumdan bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı, xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31