Xırdalanda kişi intihar məqsədilə keçidin üzərinə çıxıb - VİDEO
31 İyul 2023 11:10 HadisəXırdalanda bir nəfər intihara cəhd edir.
Olaylar.az qafqazinfoya istinadən xəbər verir ki, şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.
Əldə etdiyimiz ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir.
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31