Sədərəkdə avtomobil yanıb
28 İyul 2023 22:22 HadisəNaxçıvan Muxtar Respublikasının Sədərək rayonunda avtomobil yanıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sədərək rayon Qaraağac kəndində avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31