Qəbələdə AĞIR QƏZA: 2 maşın toqquşdu, 5 nəfər...
28 İyul 2023 20:05 HadisəQəbələ rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Olaylar.az report-a istinadən xəbər verir ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31