Goranboyda xanım sürücünün idarə etdiyi "VAZ" traktorla toqquşdu: bir ailənin 6 üzvü...

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb.

Nəticədə minik maşınında olan bir ailənin 6 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, avtomobilin sürücüsü qadın olub.

 

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31