Yasamalda hündürmərtəbəli binadakı yanğın söndürülüb

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib ki, yanğın binanın 4-cü mərtəbəsində ümumi sahəsi 112 kvadratmetr olan 3 otaqlı mənzilin 15 kv. metr sahəsi olan mətbəx hissəsində baş verib.

Yanğının digər otaqlara və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğının söndürülməsinə 11-12 dəqiqə vaxt sərf edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31