Bakıda AĞIR YOL QƏZASI - Qadın sərnişin öldü
26 İyul 2023 23:48 HadisəBakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Olaylar.az APA-ya istinadən bildirir ki, qəza Hövsan yolunda qeydə alınıb. İdarəetməni itirən "BMW" markalı avtomobilin sürücüsü minik vasitəsini "Mitsubishi" markalı avtomobilə çırpıb. Qəza nəticəsində "BMW" markalı avtomobildə olan qadın sərnişin həyatını itirib. Minik avtomobilinin sürücüsü isə ağır vəziyyətə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31