Lənkəranda hiss edilən zəlzələ ilə bağlı İcra Hakimiyyətindan açıqlama

Xəbər verdiyimiz kimi yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Lənkəran rayon icra hakimiyyətindən Trend-ə bildirilib ki, heç bir dağıntı yoxdur. Bununla bağlı rayon sakinlərindən İcra hakimiyyətinə hər hansı bir müraciət də daxil olmayıb.

Qeyd edək ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31