Vətən müharibəsi iştirakçısı su kanalında batdı

Bərdədə Vətən müharibəsi iştirakçısı su kanalında batıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Bərdədə 21 yaşlı gənc su kanalında batıb. Qarabağ Su kanalının Rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində 2002-ci il təvəllüdlü Kənan Eyvazov su kanalında batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31