Bakıda qamışlıq sahədə yanğın başlayıb - FOTO + VİDEO - CANLI YAYIM

Baş verən yanğınlar qlobal istiləşmə ilə bağlı olan hadisədir".

Olaylar.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yay aylarında isti vaxtlarda belə hadisələrlə rastlaşmaq olar:

"Nəzərə almalıyıq ki, bu il alimlər tərəfindən ən yüksək temperatur qeydə alınıb. Mən demək istəmirəm ki, bu, qlobal istiləşmə ilə bağlı olan hadisədir. Yanğının niyə baş verməsi ekspertizadan sonra deyiləcək".

-------

23:18

Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31