Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var
24 İyul 2023 11:10 HadisəBu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, "İsuzu" markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31