Bu rayonda 1 tondan artıq çətənə kolu yandırılıb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Olaylar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Xanbulaq kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31