Azərbaycanda zəlzələ oldu
21 İyul 2023 22:11 HadisəQəbələdə zəlzələ baş verib.
Bu barədə Olaylar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3 bala kimi hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31